İngiltərə Futbol Assosiasiyası (FA) ayrı-seçkilik xarakterli pozuntulara görə tətbiq olunan intizam tədbirlərini sərtləşdirib.
HİT.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yenilənmiş intizam qaydalarına əsasən, tənzimləyici komissiyalar ayrı-seçkilik pozuntularına görə futbolçulara minimum 10 oyunluq diskvalifikasiya tətbiq etməlidirlər.
"Yenilənmiş sanksiya qaydalarına əsasən, tənzimləyici komissiyalar standart cəza kimi minimum 10 oyunluq diskvalifikasiya tətbiq etməlidirlər. Əhəmiyyətli ağırlaşdırıcı hallar müəyyən edilərsə, komissiyalar daha sərt cəza da təyin edə bilərlər", deyə FA-nın açıqlamasında bildirilir.
Qeyd olunur ki, intizam orqanları müəyyən hallarda cəzanı yüngülləşdirə bilər. Bununla belə, diskvalifikasiya müddəti adətən altı oyundan az olmur.
Yeni qaydalar dini etiqadlara və inanclara qarşı təhqiramiz ifadələr işlədən, həmçinin insanların cinsi oriyentasiyası və ya əlilliyi ilə bağlı alçaldıcı fikirlər səsləndirən futbolçulara da şamil ediləcək.
Samir


