Əliyar Ağayev UEFA-dan təyinat aldı

İDMAN
19:42 / 31.07.2026
44

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

HİT.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) - “Omoniya” (Kipr) matçının baş hakimi olacaq.

Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0