"Qarabağ"ın hücumçusu iki aylıq sıradan çıxdı

İDMAN
20:50 / 02.08.2026
84

"Qarabağ"ın futbolçusu Zakariya Savonun zədəsinin durumu müəyyənləşib.

Klubdan Hit.az-a verilən məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirilən cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsi zamanı sağ bud əzələsinin qismən yırtıldığı aşkarlanıb.

Bildirilib ki, Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.

0