Ramil Şeydayevin yeni klubu bəlli oldu

İDMAN
21:10 / 03.08.2026
42

Milli komandanın hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olub.

Hit.az xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın “Soçi” komandasına transfer olunub.

Təcrübəli hücumçu yeni klubu ilə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulan müqavilə bağlayıb. O, “Soçi”də 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R. Şeydayev karyerası ərzində “Qarabağ”, “Zenit”, “Jilina”, “Neftçi”, “Kocaelispor”, “Buriram Yunayted” kimi bir çox klubların formasını geyinib.

0