"Turan Tovuz" "Gənclərbirliyi"ni darmadağın etdi

İDMAN
19:07 / 03.08.2026
40

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

Hit.az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə və hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyənin “Iğdır” klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.

0