“Neftçi” məşqləri bərpa etdi

İDMAN
10:10 / 04.08.2026
114

UEFA Konfrans Liqasında Minsk “Dinamo”suna uduzaraq (iki oyunun nəticəsinə görə 3:4) avrokuboklarla vidalaşan “Neftçi”nin istirahəti başa çatıb. 

Hit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda üzvləri bu gün bazada bir araya gələrək Premyer Liqada yeni mövsümün hazırlığına start veriblər. 

Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq. 

0