Yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Karvan-Yevlax" futbolçu Elvin Yunuszadə ilə yolları ayırıb.
Hit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
Ötən ilin yayından Yevlax təmsilçisində çıxış edən 33 yaşlı müdafiəçi komandada 19 oyun keçirib.
***
Elvin Yunuszadə karyerasını Türkiyənin "Boluspor" klubunda davam etdirəcək. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü "Neftçi", "Qarabağ", "Sabah", "Səbail" və "Qəbələ"də də oynayıb.


