UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.
Hit.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxıb.
Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşıb. Matç "Orhus"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, tarixində ilk dəfə ÇL-də iştirak edən “Sabah”ın həmin turnirdə ilk məğlubyyəti olub.
Qeyd edək ki, oyunun Bakı vaxtı ilə saat 20:30-da başlaması planlaşdırılsa da, komandaların tıxac səbəbindən gecikməsinə görə matç saat 21:10-da start götürüb.
"Orhus" pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) ilə üz-üzə gələcək. "Sabah" isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.
5 avqust UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
"Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) - 2:1
Qollar: Boqere, 32 (1:0), Boqere, 63 (2:0), Velko Simiç, 67 (2:1)


