Elvin Cəfərquliyevin durumu bəlli oldu

İDMAN
21:31 / 09.08.2026
36

Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin durumu müəyyənləşib.

Hit.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Futbolçunun MRT yoxlanışının nəticəsi bəlli olub. Onun sağlamlığında hansısa bir problem aşkarlanmayıb.

Qeyd edək ki, Elvin hazırda komanda ilə məşqlərini davam etdirir.

Xatırladaq ki, Elvin Cəfərquliyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo" ilə ilk oyununda zədələnmişdi.

0