"Qalatasaray"dan böyük transfer: Klub rekordu qırılacaq

İDMAN
12:57 / 10.08.2026
100

Super Liqada ardıcıl 5-ci çempionluğunu hədəfləyən “Qalatasaray” transfer çalışmalarını tam sürətlə davam etdirir.

HİT.az xəbər verir ki, Rafael Leao ilə bağlı “Milan”la danışıqlar aparılıb. İcarə və məcburi satınalma şərtini özündə birləşdirən formul üzrə ümumilikdə 35 milyon avro təklif edilib. İtaliya nəhənginin gözləntiləri daha yüksəkdir. Lakin “Milan”ın bu məbləğlərə yaxın təklif aldığı başqa klubun da olmadığı bildirilir.

“Cim Bom”un Leao transferində ən böyük üstünlüyü futbolçunun sarı-qırmızılı formanı geyinmək istəməsidir. Leao ilə illik 9 milyon avro maaş qarşılığında razılıq əldə edildiyi bildirilir.

Lakin “Milan”ın mövqeyi səbəbindən Qabriel Martinelli transferi də ciddi şəkildə gündəmə gəlib. “Qalatasaray”ın ilk mərhələdə 30 milyon avro transfer haqqını ödəməyə hazır olduğu bildirilir.

İngiltərə mətbuatı isə “Arsenal”ın Martinellini satmağa isti baxdığını, lakin futbolçunu aşağı məbləğə buraxmayacağını yazıb.

“Mirror”da dərc olunan xəbərdə “Arsenal Martinellini klub rekorduna imza ataraq satacaq” şərhi yer alıb.

“Topçular” futbolçu satışında klub rekordunu Aleks Oksleyd-Çemberleyini 40 milyon avro qarşılığında “Liverpul”a satmaqla müəyyənləşdirib. Martinelli üçün isə ən azı 50 milyon avro tələb edəcəkləri iddia olunur.

“Qalatasaray” bu həftə rəsmi təmaslara başlayacaq və danışıqlar mərhələsinə keçəcək.

Samir

0