Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində keçiriləcək Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişib.
Hit.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti açıqlama yayıb.
“Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə Azərbaycan Premyer Liqasının ilk turunda baş tutacaq “Sumqayıt” - “Neftçi” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq”, - deyə açıqlamada qeyd olunub.


