"Qarabağ" - "Şamaxı" matçının biletləri satışa çıxıb

İDMAN
16:33 / 14.08.2026
48

Premyer Liqanın I turu çərçivəsində keçiriləcək “Şamaxı" ilə oyunun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. Oyun günü isə azarkeşlərimiz biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

 

Qeyd olunub ki, stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

0