Abdullah Zubir “Qarabağ”dan ayrılıb.
HİT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib.
Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. O bu ölkənin “Əl-Şahaniya” klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonra onun transferi rəsmi açıqlanacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.


