"Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edildi

İDMAN
18:33 / 15.08.2026
49

Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov "Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edilib.

Hit az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer-Liqasının 2026/2027 mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.

0