“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı

İDMAN
12:18 / 16.08.2026
137

“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.

Hit.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:

“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.

O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.

0