Azərbaycan millisinin futbolçuları Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyənin "Yüksəkovaspor" klubu ilə müqavilə müddətini uzadıblar.
Hit.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.
Hər iki oyunçu 2026/2027 mövsümündə də Superliqa təmsilçisinin formasını geyinəcək.


