"Neftçi" "Sumqayıt"ı məğlub edib

İDMAN
21:20 / 16.08.2026
94

Misli Premyer Liqasında daha bir qarşılaşma baş tutub.

Hit.az xəbər verir ki, "Sumqayıt" evdə "Neftçi"ni qəbul edib.

"SOCAR Polymer Arena"da keçirilən görüş paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində 23 və 55-ci dəqiqələrdə Breno Almeyda fərqlənib. 31-ci dəqiqədə Lyubomir Tupta rəqib qapısına yol tapıb. "Sumqayıt"dan isə 67-ci dəqiqədə Nadir Orucov qol vurub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib.

0