Azərbaycandan Boliviya klubuna getdi

İDMAN
12:23 / 18.08.2026
51

"Turan Tovuz"un və "Kəpəz"in sabiq futbolçusu Luis Paçunun yeni klubu müəyyənləşib.

Hit.az xəbər verir ki, o, "Strongest" klubuna keçib. Bu haqda Boliviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

O, 2023-2024-cü illərdə "Turan Tovuz"da, 2024-2026-cı illərdə isə "Kəpəz"də oynayıb.Ötən mövsüm Paçu 27 matçda 5 qol vurub və 4 qol ötürməsi verib.

0