"Fənərbaxça" "Lion"la bərabərə qaldı

İDMAN
00:57 / 19.08.2026
108

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Hit.az xəbər verir ki, ilk gün 3 matç keçirilib.

Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Lion"la üz-üzə gəlib.

Gərgin keçən matçın ilk hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarını artıran “sarı-lacivərdlilər” hesabı bərabərləşdirməyi bacarıblar. Qarşılaşmada başqa qol olmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.

0