Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Hit.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxacaq.
Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
18 avqust UEFA Çempionlar Liqası Pley-off, ilk oyun
23:00."Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan)

