“Fənərbaxça”dan Çempionlar Liqasında uğursuz STATİSTİKA

İDMAN
12:00 / 19.08.2026
217

Ötən gecə Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

Hit.az bildirir ki, Türkiyənin “Fənərbaxça” klubu da bu mərhələdə ilk oyununa çıxıb. İstanbul nəhəngi öz stadionunda Fransanın “Lion” klubu ilə qarşılaşıb. Matç 1-1 hesablı bərabərliklə bitib.

Matçın statistikaları
“Fənərbaxça” topla oynamada rəqibindən üstün olub: 52-48 faiz. Hər komanda qapıya 12 zərbə endirib. Həm Türkiyə, həm də Fransa təmsilçisinin qapıçıları 4 qurtarış ediblər. Küncdən zərbələrdə ev sahibləri 3-0 hesabı ilə rəqibini qabaqlayıb. 

Türklər 454, fransızlar isə 432 dəfə dəqiq pas ötürməsi ediblər. Meydan sahibləri 2, qonaqlar da 1 dəfə sarı vərəqə ilə cəzalanıb. Maçtda qırmızı vərəqə çıxmayıb. Hər iki komandanın futbolçuları 13 dəfə qaydaları pozublar. Bundan başqa, komandaların hərəyə bir zərbəsi də dirəkdən qayıdıb. 

Legionlerdən ibarət heyət
Matçın ən diqqətçəkən məqamlarından biri “Fənərbaxça”nın oyuna 10 legionerlə çıxması olub. Start heyətdə sadəcə Kərəm Aktürkoğlu türk futbolçu olub. O da 73-cü dəqiqədə Nene ilə əvəzlənib. Üstəlik, baş məşqçi İsmail Kartal ikinci hissədə də hansısa türk futbolçunu meydana buraxmayıb. Beləliklə, “Fənərbaxça” 73-cü dəqiqədən etibarən 11 legioner futbolçu ilə oynayıb. 

Lukaku ilk matçına çıxıb
“Fənərbaxça”nın yeni transferi Romelu Lukaku da ilk matçına çıxıb. O, 82-ci dəqiqədə meydana daxil olub, təxminən 10 dəqiqə oynayıb. Lukaku hansısa ciddi epizodla yadda qalmayıb.

Uğursuz statistika
Çempionlar Liqası tarixində plef-off mərhələsində meydana çıxdığı matçlarda qalib gələ bilməyən yeganə komanda “Fənərbaxça”dır. İstanbul təmsilçisi indiyə kimi 7 dəfə bu mərhələdə mübarizə aparıb və qələbə qazanmayıb. Üstəlik, “Sarı-bülbüllər”in 18 ildir Çempionlar Liqasına vəsiqə qazana bilməməsi də diqqət çəkir.

Revanş
Bu komandalar arasında revanş matçı 26 avqust saat 23:00-da Fransada keçiriləcək. İki oyunun nəticəsinə əsasən qalib gələn komanda Çempionlar Liqasının, məğlub isə Avropa Liqasının liqa mərhələsində mübarizə aparacaq.

Elmir Mustafa  

0