Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - SİYAHI

İDMAN
11:43 / 20.08.2026
78

Azərbaycan milli futbol komandasının ümumi bazar dəyəri 21 milyon 680 min avro təşkil edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə dünyanın futbolçuların bazar qiymətlərini müəyyənləşdirən məşhur platforması “Transfermarkt” məlumat yayıb.

Məlumata görə, Azərbaycan millisinin heyətində hazırda 27 futbolçu yer alır. Komandanın orta yaş həddi 27,8, bir futbolçunun orta bazar dəyəri isə 803 min avrodur.

Milli komandanın ən bahalı futbolçuları Toral Bayramov, Elvin Cəfərquliyev və Nəriman Axundzadədir. Onların hər birinin bazar dəyəri 2 milyon avro qiymətləndirilir.

“Transfermarkt”in məlumatına əsasən, Azərbaycan millisində yer alan futbolçuların bazar dəyəri aşağıdakı kimi olub:

Toral Bayramov – 2 milyon avro
Elvin Cəfərquliyev – 2 milyon avro
Nəriman Axundzadə – 2 milyon avro
Səbuhi Abdullazada – 1,5 milyon avro
Qismət Əliyev – 1,4 milyon avro
Rüfat Abbasov – 1,2 milyon avro
Rəhman Sadıqov – 1,2 milyon avro
Aleksey İsayev – 1 milyon avro
Cəlal Hüseynov – 800 min avro
Rüstəm Əhmədzadə – 800 min avro
Xəyal Əliyev – 800 min avro
Ayxan Hüseynov – 700 min avro
Anton Krivotsyuk – 650 min avro
Rza Cəfərov – 600 min avro
Elvin Bədəlov – 600 min avro
Şahruddin Məhəmmədəliyev – 600 min avro
Mahir Emreli – 600 min avro
Emil Səfərov – 500 min avro
Rəhman Daşdəmirov – 500 min avro
Emin Mahmudov – 450 min avro
Abdullah Xaybulayev – 450 min avro
Renat Dadaşov – 400 min avro
Vüsal İsgəndərli – 250 min avro
Rahil Məmmədov – 225 min avro
Tellur Mütəllimov – 200 min avro
Emil Balayev – 150 min avro
Bədavi Hüseynov – 100 min avro

0