Bəzi milli komandaların baş məşqçiləri müəyyənləşdi

İDMAN
16:38 / 24.08.2026
34

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, təyinatlar AFFA İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçisi təyin olunublar:

- U-15 - Aleksandr Qross;
- U-16 - Famil Xəlilov;
- U-17 - Emin Mustafayev;
- U-18 - Mahmud Qurbanov;
- U-19 - Elgiz Kərəmli.

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılan məsləhətləşmələrdən sonra elan olunub.

Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

0