"Sabah"ın futbolçusu Fransa klubuna keçir?

İDMAN
13:15 / 25.08.2026
47

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev karyerasını Fransada davam etdirə bilər.

HİT.az xəbər verir ki, bu barədə Özbəkistanın “Tribuna” nəşri məlumat yayıb.

İddia edilir ki, Fransa Liqa 1-də çıxış edən “Lans” 22 yaşlı futbolçunu transfer siyahısına daxil edib. Klubun skautlarının Özbəkistan millisinin üzvünü mütəmadi izlədiyi bildirilir. 

“Lans”ın yaxın vaxtlarda Raxmonaliyevin transferi ilə bağlı “Sabah”a rəsmi təklif göndərəcəyi gözlənilir. 

0