Ötən gecə Türkiyənin “Fənərbaxça” klubu 18 illik həsrətə son qoyub.
Hit.az xəbər verir ki, İstanbul təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“Fənər” pley-off mərhələsinin revanş matçında evində 1-1 hesabı ilə bərabərə qaldığı Fransanın “Lyon” klubu ilə qarşılaşıb. Qonaqlar matçdan 2-1 hesabı ilə qalib ayrılaraq Çempionlar Liqasının liqa mərhələsinə yüksəliblər.
Matçın statistikaları:
Topla oynamada 59-41 faiz nisbəti ilə “Lyon” öndə olub. Bu üstünlük kiçik fərqlə qapıya zərbələrdə də davam edib: 17-16. Hər iki komanda hərəyə 2 dəfə böyük şansı qaçırıblar. “Lyon”un qapıçısı 6, “Fənərbaxça”nın qapıçısı isə 5 dəfə qurtarış edib.
Fransızlar dəqiq pas ötürmələrində də rəqibini qabaqlayıb: 450-311. Ev sahibləri 1, qonaqlar isə 3 dəfə sarı vərəqə ilə cəzalanıblar. Türklər 17, fransızlar isə 12 dəfə qaydaları pozublar. Oyunda “Lyon”un 2 qolu oyundankənar vəziyyət səbəbilə qeydə alınmayıb.
İsmayıl Qartal tarixə keçdi
İsmayıl Qartal “Fənərbaxça”nın avrokuboklarda ən çox qələbə qazanan baş məşqçisi olub. Onun dönəmində İstanbul klubu avrokuboklarda 6 təsnifat mərhələsini keçməyi bacarıb.
Çempionlar Liqasında 3 türk klubu
Türkiyə Çempionlar Liqasında 18 il sonra ilk dəfə 2 klubla təmsil olunacaq. Ümumilikdə isə bu mövsüm Çempionlar Liqasında 3 türk klubu mübarizə aparacaq. Dünyanın bir nömrəli klub turnirində “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” birlikdə çıxış edəcək. Hər 3 klubumuza uğurlar arzulayırıq, hamısının növbəti mərhələyə keçəcəyinə inanırıq!
Elmir Mustafa

