Nurməhəmmədovun qardaşı: "1 milyon dollar çox kiçik puldur"

İDMAN
16:46 / 31.08.2026
30

Rusiyalı döyüşçü Usman Nurməhəmmədov 1 milyon dolları kiçik məbləğ adlandırıb.

HİT.az xəbər verir ki, o, bu barədə "UFC Eurasia"nın "YouTube" kanalında yayımlanan buraxılışda danışıb.

"1 milyon dollar çox kiçik puldur. Bu pulla nə etmək olar? Daşınmaz əmlak? Sonra nə olacaq? Daşınmaz əmlak aldın və artıq pulun yoxdur, aktivlərini dondurmusan. Daşınmaz əmlak alırsan və borc istəyərək gəzirsən", deyə o bildirib.

Avqustun 1-nə keçən gecə Nurməhəmmədov Nyu-Yorkda keçirilən PFL turnirinin əsas döyüşündə ABŞ təmsilçisi Arçi Kolqan üzərində qələbə qazanıb. Döyüş artıq ilk raundda başa çatıb və rusiyalı idmançı rəqibini nokauta göndərib. Qarşılaşmada Nurməhəmmədovun sahib olduğu promouşenin çempionluq titulu uğrunda mübarizə aparılıb. Bununla da o, kəmərini ardıcıl ikinci dəfə uğurla qoruyub.

Hazırda Nurməhəmmədovun hesabında 22 qələbə var və o, karyerası ərzində heç vaxt məğlub olmayıb. Kolqan üçün isə bu, 16 döyüşdə ilk məğlubiyyətdir.

Usman Nurməhəmmədov "Gorilla Fighting Championship" liqasının yüngül çəki üzrə çempionu və UFC döyüşçüsü Umar Nurməhəmmədovun doğma qardaşı, Həbib Nurməhəmmədovun isə əmisi oğludur.

Samir
 

0