Trabzonda Salahın adı küçəyə verilə bilər

İDMAN
16:15 / 31.08.2026
54

Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda bir küçəyə Məhəmməd Salahın adının verilməsi planlaşdırılır.

Hit.az xəbər verir ki, bu barədə Yomra bələdiyyəsinin sədri Mustafa Bıyık məlumat verib.

Onun sözlərinə görə, bu məsələ şəhər şurasında bu həftə müzakirəyə çıxarılacaq. "Trabzonspor"un misirli futbolçusunun yaşadığı evin yerləşdiyi küçənin adının Məhəmməd Salah küçəsi olaraq dəyişdirilməsi nəzərdə tutulur.

Bələdiyyə sədri Salahın transferinin Türkiyə futbolu üçün böyük əhəmiyyət daşıdığını bildirib və futbolçunun məhz Yomra rayonunda yaşayacağını qeyd edib.

Qeyd edək ki, Salah bu yay "Liverpul"dan ayrıldıqdan sonra "Trabzonspor"a keçib.

0