Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan "Sabah" Macarıstanın "Ferentsvaroş" klubunun qvineyalı yarımmüdafiəçisi Nabi Keytaya maraq göstərir.
HİT.az xəbər verir ki, bu iddia ilə "Öltözőn Túl" məlumat yayıb.
Bakı təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Komanda burada “Mançester Yunayted”, Dortmund “Borussiya”sı, “Barselona”, “Napoli” və “Arsenal” kimi klublarla qarşılaşacaq.
Məlumata görə, Azərbaycan klubu heyəti daha da gücləndirmək üzərində çalışır və bu çərçivədə Keytanın adı da transfer hədəfləri siyahısına daxil edilib. Hələlik söhbət yalnız maraqdan gedir və hər hansı razılaşmanın əldə olunduğu barədə məlumat yoxdur.
Qeyd edək ki, Nabi Keyta karyersı ərzində Qvineyanın "Horoya", Fransanın "İstır", Avstriyanın "Zalsburq", Almaniyanın "Leystpiq", "Verder", İngiltərənin "Liverpul" klublarında çıxış edib. O, 2024-cü ilin dekabrında "Verder"dən icarə əsasında “Ferentsvaroş”a keçib. 2026-cı ilin yanvarında isə Macarıstan klubu Keytanın transfer hüquqlarını birdəfəlik əldə edib.
Qvineyalı futbolçu 2014-cü ildə "İstır"dan 1,5 milyon avroya "Zalsburq"a trasnfer olunub. Avstriyalılar iki il sonra onu 29,75 milyon avroya "Leystpiq"ə satıb. 2018-il ildə isə "Liverpul" Nabi Keytanın transferi üçün 60 milyon avroya transfer edib.
O, "Liverpul"la İngiltərə Premyer Liqasının (2019/20, Federasiya Kubokunun (2021/2022), Liqa Kubokunun (2021/22), ölkə Super Kubokunun (2022), Çempionlar Liqasının (2018/19), UEFA Super Kubokunun (2019) və Klublararası Dünya Çempionatının (2019) qalibi olub, 2021/22 mövsümündə Çempionlar Liqasının finalında oynayıb.
Nabi Keyta həmçinin iki dəfə Avstriya çempionu, iki dəfə də kubokunun, eyni zamanda Macarıstan çempionatının və kubokunun sahibi olub. O, 2012-ci ildən dəvət aldığı Qvineya millisində 58 oyun keçirib və 12 qol vurub.


