FİFA dünyanın bütün ölkələrinin futbol federasiyalarına təlimat göndərib.
Apasport.az saytının məlumatına görə, həmin sənəddə hər bir insan sağlamlığının vacibliyinə önəm verilməsi vurğulanıb.
Ali futbol qurumu koronavirus pandemiyasına qarşı peyvənd tapılana qədər futbolda sərt sanitariya standartlarının qüvvədə qalacağını xəbərdar edib. Həmçinin bəzi məsləhətlər də verilib: gigiyena qaydalarına riayət, fiziki məsafənin qorunması, düzgün qidalanma, lazımsız səfərlərdən qaçmaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayında bir çox idman yarışları təxirə salınıb və ya ləğv edilib.