Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

İDMAN
11:39 / 04.09.2026
40

Azərbaycan Basketbol Federasiyası (ABF) qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığa xitam verib.

HİT.az xəbər verir ki, bu barədə ABF məlumat yayıb.

Federasiyadan bildirilib ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

Qeyd edək ki, Evren Alkaya 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərib. O, bu müddətdə qadınlardan ibarət əsas milli komandaya, həmçinin U-16, U-18 və U-20 qızlardan ibarət milli komandalara rəhbərlik edib.

Türkiyəli mütəxəssis baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında Azərbaycan yığmalarının başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub. U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

0