“Sabah”dan Çempionlar Liqasında gözləntilər NƏLƏRDİR?

İDMAN
14:30 / 04.09.2026
187

Azərbaycan çempionu “Sabah” gələn həftə Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Komandamızın rəqiblər “Barselona”, “Borussiya Dortmund”, “Vilyarreal”, “Napoli”, “Slaviya Praqa”, “Vikinq”, “Arsenal” və “Mançester Yunayted” klublarıdır. “Sabah” ilk olaraq səfərdə “Mançester Yunayted” ilə qarşılaşacaq. Çempionumuzun qarşısına çox güclü rəqiblərin çıxması onun işinin çox çətin olacağını göstərir. Hazırda əsas müzakirə “Sabah”ın ilk dəfə qatıldığı turnirdə neçə xal toplaya biləcəyidir...

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, “Sabah”ın neçə xal yığacağını indidən proqnozlaşdırmaq çətindir:


“Bu, “Sabah”ın gücündən asılı olan bir şey deyil. Onlar, dünya ulduzlarına qarşı oynayacaqlar. Xüsusilə, ilk matçda “Mançester Yunayted”ə qarşı oynamaq özü də “Old Trafford”da oynamaq xeyli çətin olacaq. Buna görə nəsə demək çətindir. Lakin hesab edirəm ki, yaxşı bir oyun nümayiş etdirə biləcəklərini düşünürəm. 

Çünki ən azından əks-hücumlarda “Mançester”i yaxalaya bilərlər. Amma unutmamamaq lazımdır ki, İngiltərədə oynamaq asan olmur. Bunun yolçuluq məsələsi var. Nəzərə almaq lazımdır ki, İngiltərəyə ən azından 4-5 saat təyyarə ilə yol uçmaq məcburiyyətindədirlər”.

Ekspert qeyd edib ki, bu tempdə oynamaq komandaları üçün asan olmur:
“Hətta iki yaxşı heyəti olan komanda üçün də çətinliklər yaşanır. Biz bunu keçən mövsüm “Qarabağ”ın timsalında gördük. “Sabah” üçün də çox çətin olacaq. Buna rəğmən, komandamızın ilk matçda belə döyüşkən bir oyun nümayiş etdirməyi bacaracaqlarını düşünürəm.

Bəlkə “Vikinq” və “Slaviya Praqa” bizim üçün əlçatan rəqiblər sayıla bilərlər. Halbuki Çempionlar Liqasında zəif komandalar olmur. Yəni “Sabah”ın onlara qarşı da üstün oynayıb-oynamayacağını indidən proqnozlaşdırmaq mümkün deyil”. 

Mütəxəssis əlavə edib ki, xırda nüanslar həll edici ola bilər:
“Məsələn, “Sabah”ın Praqa səfərində qol imkanları olacağına əminəm. Bəs bu qol imkanlarını reallaşdıra biləcəklərmi? Bu, böyük bir sualdır. Həmçinin, heç bir qol şansı verməyəcəklər deyə bilmərəm rəqib komandalara, çünki rəqibləri də zəif deyil. Nə qədər də müdafiədə kompakt oynasalar belə, rəqibin heyətində o kompaktlıqdan çıxıb qol vurmaq bacarıqları olan futbolçular var.

Bu baxımdan bəlkə biraz idman xoşbəxtliyi kim tərəfdə olacaqsa, o qol vura biləcək. Bütün bu faktorları öncədən təxmin etmək mümkün deyil, amma hesab edirəm ki, yaxşı və gərgin oyunlar izləyəcəyik”.

Pərviz

0