Hər gün oyun olacaq – A seriyası

İDMAN
19:54 / 31.05.2020
1393

İtaliya A seriyası bərpa olunduqdan sonra oyunlar hər gün keçiriləcək.

 “Corriere dello Sport” xəbər verir ki, təqvimin belə seçilməsi yarışı avqustun 2-dək yekunlaşdırmaqla əlaqədardır. Azarkeşlərin və TV-lərin marağı nəzərə alınaraq, oyunlar fərqli saatlarda başlanacaq.

Bazar ertəsi matçların saat 21:00-da (Bakı vaxtı ilə), ikinci, üçüncü və dördüncü günlər 19:00 və 21:00, beşinci günü 21:00, şənbə və bazar günləri isə 17:15, 19:30 və 21:45-də başlaması nəzərdə tutulub.

Qeyd edək ki, A seriyasının iyunun 20-də bərpa ediləcəyi gözlənilir.

0
Qol.az