Messi gələcək nəsillərin onu necə xatırlamasını istədiyini açıqladı

İDMAN
15:45 / 23.10.2026
61

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi gələcək nəsillərin onu məqsədlərinə çatmaq uğrunda daim mübarizə aparan böyük idmançı kimi xatırlamasını istədiyini bildirib.

HİT.az xəbər verir ki, futbolçu bu barədə sualı cavablandırarkən fikirlərini “All About Argentina” nəşrinin “X” sosial şəbəkəsindəki paylaşımında ifadə edib.

“İstərdim ki, məni arzularını gerçəkləşdirmək və qarşısına qoyduğu məqsədlərə çatmaq üçün daim mübarizə aparan böyük idmançı kimi xatırlasınlar. Bəzən istədiklərimə nail olmuşam, bəzən isə yox. Amma qarşıma çıxan bütün uğurları qazanmağa çalışmaqdan heç vaxt vaz keçməmişəm”, – Messi deyib.

Qeyd edək ki, Messi sentyabr ayında “Qızıl top” mükafatına namizədlər siyahısına daxil edilib. O, bu mükafatı karyerasında doqquzuncu dəfə qazana bilər. Hazırda argentinalı futbolçunun aktivində səkkiz “Qızıl top” var ki, bu da rekord göstəricidir.

Messi karyerası ərzində “Barselona” və PSJ-də çıxış edib, daha sonra ABŞ-ın “İnter Mayami” klubuna keçib. “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Samir

0