“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə

İDMAN
20:56 / 24.10.2026
102

Misli Premyer Liqasında 9-cu tur davam edir. 

Hit.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Günün ilk matçında “Şəfa” “Kəpəz”i qəbul edib. Görüş "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" matçı isə sabah keçiriləcək.

 

Misli Premyer Liqası

IX tur

24 oktyabr (şənbə)

19:00. “Neftçi” - “Turan Tovuz” - 1:1

Qol: Breno Almeyda, 44 (1:0), Aleksa Yankoviç, 73 (1:1)

Qırmızı vərəqə: İqor Ribeyro, 30 ("Neftçi")

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)

“Palms Sports Arena”

 

16:30. “Şəfa” - “Kəpəz” - 1:2 

Qol: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)

“SOCAR Polymer Arena”

0