"Neftçi” daha bir legionerini itirə bilər. Kipr"Apollon”una keçəcəyi gözlənilən Baqali Dabonun ardınca Donald Gerye də qərarınıverib.
Sport7.az xəbər verir ki, haitili müdafiəçi bugündənazad agent olacaq. Dünən klub rəhbərliyi ilə görüşən cinah oyunçusu qalmaq istəmədiyini,başqa klub axtardığını bildirib. Geryeyə inansaq, ona Türkiyədən bir neçə təklifvar. Belə ki, "Sivasspor”, "Antalyaspor” və "Gənclərbirliyi” onun xidmətindəmaraqlıdı. Həyat yoldaşı isə Donaldın daha çox "Qarabağ”a qayıtmasınıarzulayır. Ağdamlıların icarə müqaviləsi bitən Aylton Silvanın əvəzinə Geryenigeri qaytarmaqda maraqlı olduğu deyilir.
Amma haitili əvvəlcə "Neftçi”dəki vəziyyətəaydınlıq gətirməlidi. Premyer Liqanın bərp edilməsi haqda qərar tezliklə veriləcək.Belədə növbəti 8 turu başa vurmaq lazımdı. Donald isə bu gün bitən müqaviləsiniəsas tutaraq, iyun-iyul aylarında komandaya kömək etmək niyyətində deyil. O, nəfutbol qurumlarının tövsiyyələrinə əhəmiyyət verir, nə də koronaviruspandemiyasının yaratdığı fors-major halına görə məsuliyyət hiss etmir. 2 aydıkluba xidmət etməsə də, maaşını alıb, getmək niyyətindədi.
Gerye bunu açıq şəkildə bildirib. O, mövsüm davametdiriləcəyi halda "Neftçi”də oynamayacağını söyləyib. Klubdan belə olacağıhalda may ayının maaşını verməyəcəklərini deyiblər. Amma o, haqqımı FIFA-yaşikayət edərək qorumağa çalışacağını bildirib. (futbolinfo.az)