"Barselona" lider futbolçularını saxlamaq niyyətindədi.
Sport7.az xəbər verir ki, klub rəhbərliyi argentinalı superulduz Lionel Messi və qapıçı Mark-Andre Ter Ştegenə yeni müqavilə təklif edəcək. Bununla yanaşı klub daha iki futbolçu ilə də müqaviləni yeniləməyə çalışacaq. Söhbət Nelson Semedu və Anse Fatidən gedir. Rəhbərlik bu futbolçulara da yeni sövdələşmə təklif etmək istəyindədi.
Lautaro Martinezin "Barselona" ya keçidi alınmayacağı təqdirdə "Barselona" alternativ yolları düşünəcək. Katalaon klubu "Torino"nun bombardiri Andrea Bellottini heyətinə qatmaq istəyir. Bu futbolçu Martinezdən daha ucuz, 32 milyon avroya başa gələcək.
Belottinin xidmətində "Everton"la "Napoli" də maraqlıdı.
Sport7.az