"Qalatasaray"ın prezidenti əməliyyat olundu

İDMAN
02:45 / 13.05.2020
1291

Cümə günü keçirilən 10 saatlıq beyin əməliyyatından sonra "Qalatasaray"ın prezidenti Mustafa Cengiz reanimasiyadan çıxıb.

Sport7.az xəbər verir ki, hazırda durumu yaxşı olan prezidentin daha 3-4 gün xəstəxanada qalacağı və artıq yeriməyə başladığı bildirilib. Ailəsi ilə danışan klub prezidentini xəstəxanada vitse-prezident Abdurrahim Albayrak və prezident köməkçisi Yusuf Günay tək buraxmayıb.

Mustafa Cengiz ötən həftə həddən çox halsızlıq və çəki itirməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Sport7.az

0