"Yuventus"da qalmaqal: Klubun tələbinə əməl etmir

İDMAN
03:12 / 13.05.2020
1505

"Yuventus" və Adrien Rabyo arasında fikir ayrılığı yaranıb.

"Yuventus" futbolçuları A Seriyasının bərpası ərəfəsində məşqlərə başlamaq üçün komandanın düşərgəsinə qayıdırlar. Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Rabyo həmkarlarından fərqli addım atıb. 25 yaşlı futbolçu klubun tələbini geri çevirərək uzun müddət Fransada qalmaq niyyətində olduğunu bildirib.

Rabyo ötən yay azad agent kimi Turin klubuna keçmişdi. Cari mövsümdə A Seriyasında 17 matçda meydana çıxan fransız oyunçu hansısa məhsuldar göstərici ilə yadda qalmayıb.

"Yuventus"un yayda Rabyo ilə yolları ayıracağı gözlənilir.

Fanat.Az

3
Fanat.az