UEFA növbəti həftə Çempionlar Liqasının gələcəyi ilə bağlı qərarını açıqlayacaq.
Fanat.Az xəbər verir ki, qurum ÇL-in həlledici etaplarının Lissabon şəhərində keçirilməsinə dair qərar qəbul edib. Portuqaliya paytaxtının Moskva və Frankfurtla mübarizədən qalib ayrıldığı bildirilir.
1/8 finalın qalan cavab görüşlərinin 8-9 avqust tarixlərində oynanılacağı gözlənilir. Ardınca 12 avqustda Lissabonda mini-turnirə start veriləcək. 8 komanda bir oyundan ibarət pley-off matçlarında qüvvəsini sınayacaq. Yarımfinal mərhələsi də eyni formada oynanılacaq. Qarşılaşmalar "Joze Alvalade" və "Eştadiu da Luş" arenalarında keçiriləcək və azarkeşlər tribunalara buraxılmayacaq.
PSJ, "Atletiko", "Atalanta" və "Layptsiq" artıq 1/4 finala yüksəliblər. Digər 4 komandanın adına isə "Mançester Siti" - "Real" (ilk görüş - 2:1), "Bavariya" - "Çelsi" (ilk görüş - 3:0), "Yuventus" - "Lion" (ilk görüş - 0:1) və "Barselona" - "Napoli" (ilk görüş - 1:1) oyunlarından sonra aydınlıq gələcək.
Xəbərdə Avropa Liqasının keçirilmə formatı ilə bağlı hələ də qeyri-müəyyənlik olduğu qeyd edilib