Premyer Liqanın qalan 8turuna hərə bir cür hazırlaşır. Kimi məşq edir, kimi yoxlama oyunu keçirir.Elita iştirakçılarından yeddisində bu proses təxminən eyni ssenariylə aparılır.Təkcə "Neftçi”də hər şey fərqlidi. Yenə çaxnaşmadı, qaçanlar var, qovulanlarda...
Qorxuram ki, bu gedişlə Füzuli Məmmədov meydana buraxmağa futbolçu tapmayacaq. "Şəhərin ağası olmağa” gələn Gerye klubla yollarını ayırıb. Baqali Dabo günlərini sayır. Soni Mustivar dayol üstündədi. Dario Federiko da sözünü açıq deyib: "Neftçi”də məni istəmirlər, heç mən də burda qalmaq istəmirəm”. "Yuventus”un çətin günlərində çexiyalı futbolçu Pavel Nedved qızıldan qiymətli bir cümlə işlətmişdi: "Çətin zamanlarda futbolçular gedər, adamlar qalar”. Görünən odu ki, Kamran Quliyevlə Ceyhun Sultanov çox çalışsalar da, "Neftçi”yə Nedvedin dediyi adamlardan transfer edə bilməyib. Kluba ayrılan milyonlar havaya sovrulub
İllərdi ki, "Neftçi”də eynivəziyyətdi. Bu xalqın ən qocaman klubunu batırırlar. Əcnəbilər pullarını qazanır, kluba ürək qızdırmırlar. Heç yerlilər də "Neftçi”yə can yandırmır. Klub öz yetirmələrinə sahib çıxmır. Ümumiyyətlə, "Neftçi”nin uşaq akademiyasıson illərdə iflic vəziyyətə düşüb, yeni istedadlar üzə çıxarılmır. Bir vaxtlarAzərbaycan üçün futbolçu istehsal edən "fabrik” çoxdandı ki, ortaya keyfiyyətli məhsul qoya bilmir. "Neftçi”nin bazasının tikintisi Braziliyanın acı bağırsaq serialları kimi uzandıqca uzanır. Problemləri saymaqla bitməz. Bəs bütün bunları kim edir? Günahkar kimdi? Yox, əzizlərim, cavab verməyə tələsməyən. Klub prezidentinin, onun yanındakıların, iddialı menecer kimi tanıdığımız idman direktorunun bu işdə heç bir günahı yoxdu.
Günahkarlar tapılıb. Bugünlərdə "Neftçi” uşaq komandalarının beş məşqçisi ilə vidalaşıb. U-10, U-14,U-15, U-19 komandalarında çalışan məşqçi və köməkçi-məşqçilər "Neftçi”nin bütün bəlalarının "baiskarlarıdı”. Onlardan biri də məşqçi kateqoriyası almaq üçünbankdan kredit götürən Ədahim Niftəliyevdi. Adam 1500 manat ödənişi etmək üçün bankdan kredit götürübmüş. "Neftçi” uşaq akademiyasının ingilis prezidenti MikBenetə isə aylıq 10 min dollar maaş verirmiş. Taleyin istehzasıdı ki, həmin Benet də Pro kateqoriyası almaq üçün kursları Azərbaycanda oxumuşdu.
Soruşa bilərsiz ki, bu dəfəuşaq komandalarının məşqçiləri "günah keçisi” elan olundu, sonra nə olacaq? Heçnarahat olmayın, uzaqgörən Kamran Quliyevlə Ceyhun Sultanov buna da çarə tapıb. "Neftçi” özünə televiziya açır. Elan verilib, həmin televiziya üçün efirrejissoru, STS rejissoru, CG operatoru, səs rejissoru, montajçı vakansiyaları üzrə işçi qəbulu həyata keçirilir. Növbəti uğursuzluqlar zamanı da onları işdən çıxarıb, islahatlara başlayacaqlar. Əsas can sağlığı olsun!