"Zenit" klubunun futbolçusu, hazırda "Soçi"də fəaliyyət göstərən Aleksandr Kokorin həbsxanadan çıxdıqdan sonra dəmir barmaqlıqlar arasında yaşadıqlarının ona heç nə öyrətmədiyini bildirib.
Cebhe.info xəbər verir ki, bu barədə "Vesti.ru" məlumat yayıb.
Kokorin eyni zamanda heç kəsə həbsxanaya düşməyi arzulamadığını bildirib.
Qeyd edək ki, Kokorin kiçik qardaşı Kirill və digər iki nəfərlə birlikdə Moskvanın mərkəzində etdiyi dava ilə əlaqədar ötən cəzasını çəkmək üçün həbsxanaya göndərilmişdi.