"Neftçi" "Qəbələ"ni məğlub etdi

İDMAN
21:22 / 13.06.2020
1258

Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Neftçi" və "Qəbələ" komandaları yoxlama matçında üz-üzə gəliblər.

"Report"un məlumatına görə, "Bakcell Arena"da təşkil olunan qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 26-cı dəqiqədə açılıb. "Qəbələ"nin heyətində Rövlan Muradov fərqlənib. "Neftçi"nin qollarını isə 40-cı dəqiqədə Mirabdulla Abbasov və 63-cu dəqiqədə Dario Frederiko vurub.

Qeyd edək ki, "Neftçi" bundan öncə yoldaşlıq matçında "Keşlə"ni 3:1 hesabı ilə üstələyib. "Qəbələ" isə "Sumqayıt"la heç-heçə edib - 2:2.

0