Kamran Ağayev: “AFFA-da işləyən veteran futbolçu görənə mükafat düşür”

İDMAN
18:09 / 21.06.2020
1329

Bir ilə yaxın, bəlkə də daha artıq müddətdə ondan səs-soraqyoxdu. Sonuncu dəfə mətbuata, səhv etmirəmsə, 2019-cu ilin aprelində açıqlamavermişdi. Geridə qalan aylar ərzində idman mətbuatının nümayəndələri onunladanışmaq üçün çox cəhd göstərsə də, hamıya eyni cavabı verib: açıqlama vermək istəmirəm.

Söhbət kimdən gedir? Sizləri çox intizardasaxlamayaraq adını deyirəm: Kamran Ağayev. O Kamran ki, uzun illər ölkənin "1nömrə”si olub, O qokiper ki, 11 il Azərbaycanın əsas komandasının son ümidiolub. O Ağayev ki, uğurlu karyera qurmasına rəğmən, futboldan səssiz-küysüzuzaqlaşıb. Açığı, mən də dəfələrlə qapıçı ilə telefonla danışmaq istəmişəm.Ancaq həmkarlarıma söylədiyini mənə də deyib. Bugünlərdə "Neftçi”nin Azadlıqprospektindəki köhnə bazasında üz-üzə gələndə, "saqqızını oğurlaya”, danışmağarazı sala bildim. Düzdü, yenə də danışmaq istəmirdi. Ancaq necə deyərlər,üz-üzdən utanır. İllərə söykənən münasibətimizi nəzərə alan Ağayev bir neçəsualıma cavab verə biləcəyini dedi.

- Uzun müddətdi səni tapmaq olmur. Hardasan, nə işləməşğulsan?

- Harda olacam, Azərbaycanda, Bakıda, evimdə-eşiyimdə.

- Niyə mətbuatdan uzaq qaçırsan?

- Özün də bilirsən ki, sənin kimi çoxları müsahibəgötürmək üçün müraciət edib. Birinə müsbət, birinə mənfi cavab versəm, yaxşıçıxmaz. Ona görə də qərara gəldim ki, ümumiyyətlə, heç kimə müsahibə, açıqlamaverməyim. İstəmirəm ki, mənim söyləyəcəklərimi sonradan kimlərsə şouyaçevirsin, bunun üzərindən özünə reytinq yığsın. Karyeram boyunca dəfələrləbunun şahidi olmuşam. Çox vaxt mənim dediklərimi bilərəkdən konteksdən çıxarıbictimaiyyətə başqa cür təqdim ediblər.

- Yaxşı, sualı belə verim, niyə futboldan uzaqdüşmüsən?

- Bu məndən asılı olan şey deyil axı, deyim bu səbəbdənfutboldan uzaqlaşdım. Ötən mövsümün sonuna 5 tur qalmış əlim sındı. Bir varsınmaq, bir də var əcaib vəziyyətə düşmək. Sümük sınıb üzə çıxmışdı. Həmin vaxtşərəfini qoruduğum klub məni xəstəxanaya çatdırdı. Və bununla da hər şey bitdi.Ondan sonra heç kim durumumla maraqlanmadı ki, vəziyyət necədi. Gips 40 günqalmalıydı, ancaq sümük əyri bitmişdi deyə, yenidən sındırıb gipsə qoydular.Fürsətdən istifadə edib gənc futbolçulara üzümü tutub demək istəyirəm: nə qədərki, futbol oynayırsız, sizə maraq var, müqavilə təklif edirlər, heç kimi və heçnəyi nəzərə almadan özünüzü düşünün, gələcəyinizi fikirləşin. Bu yaxşıqardaşdı, bu klub rəsmisi ürəkdi, filankəs canlara dəyən oğlandı, ona görə nədəsəgüzəştə gedim, nəyisə bağışlayım deməyin. Sırf özünüzün gələcəyinizi nəzərəalıb, şərtlərinizi diqtə edin. Çünki mən öz timsalımda son bir ildə çox şeylərigördüm. Fiziki zərbə öz yerində, futbolda zədə qaçılmazdı, mənəvi cəhətdən ağırzərbələr aldım. Vaxtilə mənə qardaş deyənlərin, zədəli olan vaxt qapıma dərmangətirənlərin, "sənsiz bizim bir günümüz olmasın” söyləyənlərin maskalarıcırıldı, əsl simaları göründü. Kimin kim olduğunu bu arada gördüm.

- Bəs AFFA rəhbərliyi? Hər halda, 11 il yığmanın əsasqapıçısı olmusan. Assosiasiyadan da səninlə maraqlanan olmadı?

- Bu gün səninlə "Neftçi baza”da görüşürük.Futbolsusz qaldığım vaxtda tez-tez bura gəlirəm, veteran futbolçularla görüşübçay içirik, söhbət edirik. Futbol oynadığım dönəmdə belə şeylərə fikirvermirdim. Özün də görürsən ki, burda kimlər var. Bu adamlar, illərini futbolahəsr edənlər işsiz qalıblarsa, mənə nə edəcəklər? Ola bilsin, bizim futboloynamış, illərini bu sahəyə qurban etmiş veteranlarımız ingilis dilini bilmirlər.Ancaq onların təcrübəsindən yararlanmaq olar ki. Bu adamlar Xarici DillərUniversitetinə qəbul olunmaq istəmirlər, onlara iş lazımdı. Bizdə hər şey fərqlidi.Həyatında bir dəfə böyük futbol oynamayan, həyəcanın, stressin nə olduğunu bilməyənlərguya ölkə futbolunun inkişafına çalışırlar. Ay qardaş, siz bilmirsiz axı tərlimayka nədi, zədə necə olur, oyundan öncə futbolçu hansı hissləri keçirir, qələbəsevinci nə olan şeydi, məğlubiyyətin acısını necə çəkirsən... Adlı-sanlıveteranlarımıza diqqət ayırmayanlar mənə hansı diqqəti göstərəcək? Heç olmasa,Gürcüstana baxın. Federasiyanın binasına girəndə qarşına ancaq vaxtilə futboloynamış şəxslər çıxır. Bizdə isə əksinədi, AFFA-nın binasında assosiasiyada işləyənveteran futbolçu görənə mükafat düşür. Olmaz belə, kadr seçimində bu qədəryanlışlıq olmaz.

- Ancaq sualıma dəqiq cavab vermədin...

- Son bir ildə iki dəfə Elxan Məmmədovla görüşmüşəm.Üçüncü dəfə isə belə görüş olmayacaq. Çünki özüm istəmərəm ki, onunla üz-üzə gəlim.Mən ondan pul, bəziləri kimi klub tapmasını istəmədim. Şükür Allaha, futboloynadığım dönəmdə gələcəyim üçün nəsə etməyi bacarmışam, güzəranımdan şikayətçideyiləm. Məmmədovdan yeganə xahişim məşq etmək üçün mənə müəyyən şəraitinyardılması idi. Ancaq... Bilirsən, çox şey danışmaq istəyirəm və danışacam da.Yaxın vaxtlarda mətbuat konfransı keçirməyi qərarlaşdırmışam. Ayrı-ayrılıqdajurnalistlərin suallarını cavablamaqdansa, düşünürəm ki, hamısını bir araya gətiribbütün suallara cavab verim. Orda hər şeyi açıb danışacam, son iki ildə başıma gələnoyunları ictimaiyyətə açıqlayacam. Orda deyəcəm ki, Portuqaliyaya necə getdim,mənim ora yollanmağım kimlərə dividend qazandırdı. Çoxları məni Portuqaliyadaqalmadığıma görə qınayır. Ancaq heç kim bilmir ki, "Boavişta”da aldığım maaşyarımaylıq xərclərimi qarşılayırdı. Heç kim bilmir ki, mən orda hansı şəraitdəqalırdım. Mənə deyirdilər ki, səbirli ol, növbəti ildə daha yaxşı kluba gedəcəksən,hər şey daha yaxşı olacaq. Ancaq bütün bunların hamısı boş söz-söhbət idi.AFFA-da oturanlara o lazım idi ki, kimin və ya kimlərinsə qarşısında hesabatverərkən "Kamran Portuqaliyada çıxış edir, filankəs digər Avropa ölkəsindəoynayır” desinlər. Bizim, mənim üzərimdən özlərinə gün ağlayırdılar. Həmin vaxtmətbuata nəsə açıqlama verən kimi də "belə açıqlama vermə” deyirdilər. Mənə"xasiyyəti pisdi, çox danışır” deyirlər. Bəli, heç vaxt haqqı nahaqqın ayağınaverməmişəm. Buna görə də həmişə pis olmuşam. Mən futbolun o üzünü də görmüşəm,"gül vaxtını” da. Şlanqdan gələn su ilə çimib, "peraşki” yediyimiz vaxt daolub, yaxşı pul qazandığımız dönəm də. Ancaq hər iki dönəmdə düz danışmağısevmişəm. Elə olub ki, şərəfini qoruduğum klublarda öz maaşımdan əməkhaqqı azolan oyunçularımıza yardım etmişəm ki, futboldan küsməsinlər. İndi həminadamlar da mənimlə əlaqə saxlamırlar. Əslində buna ehtiyacım da yoxdu. Ancaqonların keçmişlərini belə tez unutmaları mənə yer edir. Karyeramın zirvəvaxtında hər kəs deyirdi ki, Kamran mənim yetirməmdi, onu Azərbaycan futbolunamən bəxş etmişəm. İndi hardadı həmin dırnaqarası mütəxəssislər? Niyə biri zəngvurub maraqlanmır ki, yetirməm dediyi oğlan hardadı, nə iş görür? Mən futbolapula görə gəlməmişdim. Bizim vaxtımızda heç belə şeylərə diqqət verən də yoxidi. Bizimki topa, bu oyuna olan sevgi idi. Və indiyə qədər də bu sevgi davamedir, belə başa düşürəm ki, heç vaxtda bitməyəcək. Mən futbol oynamışam, futbollaoynamamışam. Ancaq görürəm ki, AFFA-da oturanların çoxu məhz futbolla oynamaqüçün bu sahəyə üz tutublar. Bu qədər adlı-sanlı veteranlarımızın işsiz qaldığıvaxtda futboldan bixəbərlərin ora yığışması, görünür, kimlərəsə sərf edir. Bunagörə də futbolumuz nəinki inkişaf edir, heç yerimizdə də saymırıq. Hər günböyük addımlarla geriyə qayıdırıq.

- Sözlərindən belə başa düşdüm ki, vaxtiləçiyin-çiyinə oynadığın, kömək etdiklərinin heç biri səninlə maraqlanmayıblar.

- Ruslan Əmircanovla dost olduğumu hamı bilir. O həmişəyanımda olub. Onunla ömrümün sonuna kimi bir yerdə olacam. Veteranlarİttifaqının rəhbəri Oqtay Abdullayev daim əlaqə saxlayıb, bu gün də məşq etməyimüçün rəhbəri olduğu idman kompleksində şərait yaradıb. Bir də Qurban Qurbanovunadını çəkərdim. Bunu bəlkə də çoxları bilmir, ancaq Qurban müəllim ötən il mənəzəng vurub görüşmək istədiyini söylədi. Özlüyümdə "nə deyəcək” fikirləşib,onunla görüşə yollandım. Açığı, ağlımdan başqa şeylər keçirdi. Ancaq həmin vaxtQurban müəllim "Kamran, nə fikirləşirsən” dedi. Onda heç Asmir Beqoviçləanlaşmamışdlar. Başa düşdüm ki, məni "Qarabağ”da görmək istəyir. Ancaq mən dəkişiliymə sığışdırıb "gələrəm” demədim. Özünə də dedim ki, əlim hələ gipsdədi vəgipsin açılması 5 ay çəkəcək. Ondan sonra optimal formaya düşmək üçün dəminimum 3 ay lazımdı. Yalandan komandada yer almaq istəmədim. Qurbanov futbolunincəliklərindən xəbərdar olan biri kimi durumumu yaxşı başa düşürdü, bunabaxmayaraq, mənə jest etdi. Söhbətimizin sonunda "nə kömək lazım olsa, de, çəkinmə”söyləyib ayrıldı. Həmin an az qala göz yaşlarıma sahib çıxa bilməyəcəkdim, çoxdolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdı. Karyeram ərzindəbir neçə dəfə "Qarabağ”da oynamaq şansım olub. Rəşad Sadıqov vasitəsi ilə mənəmesaj göndəriblər. Lakin hər dəfə də təklifləri geri çevirmişəm. Sonuncu dəfəQurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necəböyük ürəyə sahib olmasının göstəricisidi. Özüm-özümdən utandım ki, yaxşıvaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı.

- Gələcəklə bağlı nə düşünürsən? Tamam, yoxsadavam?

- Bu gün artıq çəkim olsa da, fərdi şəkildə məşqləridavam etdirirəm. Hələ ki gələcəklə bağlı son qərarımı verməmişəm. Ancaqkaryeramı bitirməli olsam da, futbolda qalmağı düşünürəm. Çünki mən ruhən busahəyə bağlıyam. Gələcəyimi də ancaq futbolda görürəm.

Mənbə: "Futbol+” qəzeti

0
Sport7.az