Rinqə qayıdacağını deyən əfsanəvi amerikalı boksçu məşq prosesini göstərən növbəti videonu paylaşıb.
Avropa.info xəbər verir ki, idmançı güclü və sürətli zərbələr endirərək, rinqdə məşqçi ilə necə işlədiyini göstərib. Bir həftə sonra 54 yaşı tamam olacaq Tayson xeyriyyə məqsədilə bir neçə göstəriş döyüşü keçirməyi planladığını deyib.
Döyüşlərdən əldə olunan gəliri o, evsiz və narkomanlara yönəltməyi planlayır.
Boksçu karyerası ərzində 56 döyüş keçirib. 50 qalibiyyət və 6 məğlubiyyət alıb. Sonuncu dəfə 2005-ci ildə rinqə çıxıb.