İyunun 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turun bir neçə oyunu keçirilib.
Hit.Az xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” öz meydanında “Kristal Palas” komandasını qəbul edib.
Görüş Mersesayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Liverpul”un heyətində Trend Aleksander-Arnold, Məhəmməd Salah, Fabinyo və Sadio Mane fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 86-a çatdıran “Liverpul” liderliyini davam etdirir. “Kristal Palas” isə 42 xalla 9-cü yerdə qərarlaşıb.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Manmester Yunayted” - “Şeffild Yunayted” - 3:0;
“Nyukasl Yunayted” - “Aston Villa” - 1:1;
“Norviç Siti” - “Everton” - 0:1;
“Volverhemton” - “Bormunt” - 1:0.
Azertag.az