"Sabah" növbəti transferini həyata keçirib.
Hit.Az klubun saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi 19 yaşlı qapıçı Nicat Mehbalıyevi heyətə qatıb. Gənc qolkiper 3 illik müqaviləyə imza atıb.
Mehbalıyev daha öncə "Qarabağ" və "Sumqayıt"da oynayıb.
Xatırladaq ki, "Sabah" Nicatdan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı və Slavik Alxasovu rənglərinə bağlayıb.
Fanat.Az