Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi - FOTO

İDMAN
09:11 / 29.06.2020
1226

Azərbaycanın sərbəst güləş üzrə yığmasının güləşçisi Nurməhəmməd Hacıyev 27 yaşlı Əbdülbəsir Ömərovun qətlində şübhəli bilinərək Dağıstanda axtarışa verilib.

Virtualaz.org bildirir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi mğlumat yayıb.

24 yaşlı Hacıyevlə yanaşı, 25 yaşlı Surətət Asiyatilov və 26 yaşlı qardaşı Hüseyn Asiyatilov axtarışdadır. Onlar Dağıstan Milli Məclisinin deputatı və Şamil bölgəsinin keçmiş başçısı Məhəmməd Asiyatilovun övladlarıdır.

Yuxarıdakı şəxslərin axtarışı barədə qərar iyunun 26-da imzalanıb. Əbdülbəsir Ömərovun qətli iyunun 23-də axşam saatlarında Mahaçqala şəhərindəki "Mahaçkalvodokanal" şirkətinin ərazisində baş verib. Naməlum silahlardan atəş açılıb, nəticədə Əbdülbəsir Ömərov çoxlu sayda silah yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Nurməhəmməd Hacıyev 97 kq çəki dərəcəsi ilə iştirak edir. Gənclər və gənclər arasında dünya və Avropa çempionudur. Yetkinlər səviyyəsində, 2017-ci il İslam Oyunlarının qalibi, 2019-cu il Avropa Oyunlarının gümüş mükafatçısı, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medallara sahib olub.

0