"Keşlə" daha 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

İDMAN
21:40 / 29.06.2020
1076

"Keşlə" klubu 5 futbolçusu ilə yollarını ayırıb.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb.

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.

0