“Daha aktiv həyat tərzinə öyrəşmişdik, hər gün məşq edirdik. İndi isə bütün gün evdə qalmaq məcburiyyətindəsiz".
Bunu “Zirə”nin futbolçusu George Anton Moldova mətbuatına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə Azərbaycanda yaranmış vəziyyət haqda da danışıb:
"Bununla yanaşı, həyat yoldaşım və qızımla bərabər olmaq yaxşı fürsətdir. Boş vaxtlarımda nələrsə oxuyuram.
Çölə çıxmaq üçün iki saatlıq icazəmiz var. Bu vaxtda dostlarla birlikdə çıxırıq, tennis, futtennis oynayırıq. Hər zaman hərəkətdə qalmağa çalışırıq.
“Zirə”də vəziyyət yaxşıdır. Avropa Liqasına yollanan 4-cü yerlə eyni xalımız vardı, ancaq top fərqində onlardan geridəydik. Buna görə Avropa Liqasına gedə bilmədik".
Onu da bildirək ki, dünyaca məşhur "transfermarkt" saytı George Antonun transfer bazarındakı hazırki dəyərinin 300 min avro (təxm: 575 min manat) olduğunu açıqlayıb.
Saytın qeyd etdiyinə görə, paytaxt klubu ilk müqaviləsində futbolçuya 325 min avro (təxm: 622 min manat) ödəyib. (2019-2020)
Növbəti müqavilədə isə klub George Antona 300 min avro (təxm: 575 min manat) ödəyib.