Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi - FOTO

İDMAN
15:56 / 06.07.2020
3940

Dünya və Avropa çempionu, İslam oyunlarının zorxana idman növü üzrə qalibi Rüfət Güləliyev dünyasını dəyişib.

HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, idmançının ölümünə səbəb beyninə qansızması olub.

Qeyd edək ki, R.Güləliyev bu ilin mart ayında adına yazılan ikiotaqlı evdən imtina eləmişdi. O, həmin ikiotaqlı evi istəmədiyini, ehtiyacı olan və rayonda yaşayan birinə verilməsini istəmişdi .

 

0